RUS BÖLMƏSİNDƏ AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNİN TƏŞKİLİNDƏ TƏLİM FORMALARI VƏ ÜSULLARI



Картинки по запросуDigər fənlərin tədrisində olduğu kimi, təlim digər dillərdə aparılan ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi prosesində humanist və demokratik prinsiplərə əsaslanan yeni təlim texnologiyalarının tətbiqi ən ciddi məqsədlərdən biri kimi qarşıda dayanır. Şagirdlərin təlim əməyini stimullaşdıran, onların öyrənməyə və həyati bacarıqlara yiyələnməyə marağını şərtləndirən fəal təlim prosesində aşağıdakı mərhələlər mühüm didaktik əhəmiyyət daşıyır.
·        Düşünməyə yönəltmə mərhələsi
·        Dərketmə mərhələsi
·        Düşünmə mərhələsi 
Düşünməyə yönəltmə mərhələsi
 Bu mərhələdə şagirdlər öyrəndikləri bilikləri təhlil etməyə və araşdıracaqları mövzu ətrafında düşünməyə sövq edilir. Şagird ilk olaraq mövzu ilə əlaqədar  biliklərinin səviyyəsini müəyyənləşdirir və bəzi hallarda bunlara yeni əlavələr edir.
 Dərketmə mərhələsi. Bu mərhələdə şagirdlər yeni informasiya və ideyalarla təmasda olurlar. Əsas məsələ ondan ibarətdir ki, əvvəlki mərhələdə yaranmış fəallıq və maraq inkişaf etdirilir, şagirdlər  yeni anlayışları müəyyən edib mənimsəmək üçün keçmiş və yeni  biliklər arasında  əlaqə yaradırlar.
Düşünmə mərhələsi. Bu mərhələdə şagirdlər yeni qazandıqları bilikləri möhkəmləndirməklə yanaşı, bir neçə mühüm məqsədə nail olmaq istiqamətində də fəaliyyət göstərirlər. Birincisi, şagirdlər yeni ideya və informasiyaları öz sözləri ilə ifadə etməyə çalışırlar. İkincisi, şagirdlər arasında canlı fikir mübadiləsi yaranır, onlar öz ekspressiv (təsirli) söz ehtiyatını genişləndirməyə, həmçinin digər şagirdlərin təsəvvürləri ilə tanış olmağa imkan tapırlar.
Azərbaycan dili təlimində şagirdlərin fəallığını, dərslərin maraqlı və məzmunlu olmasını qeyri-standart dərs formalarından (dərs-müzakirə, dərs-ekskursiya, dərs-oyun, dərs-seminar, dərs-səyahət, dərs-iclas və s.) istifadə yolu ilə təmin etmək mümkün olur. Bu dərslərdə müəllim və şagirdlərin fəaliyyəti qoyulmuş problemlərin həllinə yönəlir, sinifdə canlı və münbit təlim şəraiti yaranır. Belə dərslər, əsasən, motivasiya, problemin həlli, təqdim etmə, qiymətləndirmə mərhələlərindən ibarət   təşkil olunur.
Qeyri-standart dərs formalarından istifadə aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyətli hesab edilir:
·        fəallığı stimullaşdırır;
·        biliklərin müstəqil əldə edilməsinə və onların yaradıcı tətbiqinə şərait yaradır;
·        problemin həllinə müstəqil və yaradıcı yanaşmağa geniş imkanlar açır;
·        idraki müstəqilliyi təmin edir;
·        şagirdlərdə əməkdaşlıq bacarığını gücləndirir.
Təlim qeyri-dildə olan məktəblərdə Azərbaycan dili  dərsləri bir çox hallarda qruplarla iş formasında  aparılır. Bu zaman aşağıdakı  qaydalara istinad etmək tövsiyə olunur:
·          Qrup üzvlərinin vəzifələrini və qrupun liderini düzgün müəyyənləşdirmək.
·          Birgə fəaliyyəti təmin etmək.
·          Bir-birinin fikrinə hörmətlə yanaşılması və müstəqil fikrlər söylənməsi üçün  imkan yaratmaq.
·          Mübahisəyə yol vermədən, sağlam rəqabət aparmaq.
·          Problemin həllində kompromis yollar axtarmaq.
·          Qrupun fəallığını təmin etmək.
Azərbaycan dili təlimində kollektiv iş, cütlərlə iş, fərdlərlə iş formalarından da istifadə olunması məqsədəmüvafiq hesab edilir.
Azərbaycan təlimi prosesində aşağıdakı interaktiv metodlardan istifadə olunması faydalı bilinir:
·        Şaxələndirmə
·        Beşliklər
·        Konseptual cədvəl
·        Venn diaqramı
·        Metaforik düşünmə
·        İNSERT
·        Rollu oyunlar
·        Diskussiya
Bundan əlavə, kollektiv iş, cütlərlə iş, fərdlərlə iş formalarından istifadə olunması da məqsədəmüvafiq hesab edilir.
Şaxələndirmə. Şaxələndirmə şagirdləri mövzu ilə bağlı sərbəst düşünməyə, axtarış aparmağa  sövq edir. Onların idraki fəallığına imkan yaradır. Bu üsuldan həmçinin öyrənilənləri yekunlaşdırmaq, yeni assosiasiyaların meydana gəlməsini stimullaşdırmaq və ya yeni təsəvvürlərin qrafik təsvirini vermək üçün də istifadə olunur.
Şaxələnmə üsulundan istifadə zamanı aşağıdakı tələblər gözlənilir.
·        Əsas sözün və ya ifadənin kağızın, lövhənin və ya başqa müstəvinin ortasında yazılması.
·        Seçilmiş mövzu ilə bağlı yada düşən söz və ya ifadələrin yazılması.
·        Söz və ifadələr yazıldıqca onların arasında əlaqələrin xətlərlə ifadə olunması.
·        Verilmiş vaxt bitənə qədər mümkün qədər daha  çox söz və ifadələrin yazılması.
Beşliklər. Beşliklər ən mütəhərrik təlim üsullarından hesab edilir. Ondan istifadə olunması Azərbaycan dilinin nitq vahidləri ilə yaxından tanış olmağa imkan yaradır. Şagirdlərin dil öyrənməyə marağını gücləndirir.
Beşliklərdən istifadə zamanı verilmiş tapşırığı beş sətirdə icra etmək tələb olunur. Tələb aşağıdakı şərtlərə əsasən yerinə yetirilir.
1.     İlk sətir mövzunun bir sözlə ifadəsidir.
2.     İkinci sətir mövzunun iki sözlü təsviridir.
3.     Üçüncü sətir üç sözlə mövzu dairəsində hərəkəti ifadə edir.
4.     Dördüncü sətir mövzuya olan münasibəti göstərən dörd sözlü ifadədir.
5.     Axırıncı sətir isə mövzunun mahiyyətini ifadə edən bir sözdən ibarət sinonimdir.

      Nümunə:
çiçək
ətirli, qəşəng
sevilən, əzizlənən, bəzəyən
aləmə gözəllik bəxş edən
gül
                           
Konseptual cədvəl. Konseptual cədvəldən istifadə zamanı üç və ya daha çox məsələ, yaxud cəhətin müqayisəsi nəzərdə tutulur. Cədvəlin sütunlarında müqayisə ediləcək obyektlər, sətirlərində isə onların müqayisə olunacaq xüsusiyyətləri və özəllikləri yerləşdirilir. Nitq inkişafı üzrə dərslərdə bu metoda çox müraciət olunur. Müxtəlif növ yazı işlərinin ( ifadə, inşa və s.) aparılması zamanı ondan istifadə edilir. Məsələn, “Mağazada” mövzüsunda nitq inkişafı üzrə dərs zamanı aşağıdakı cədvəldən istifadə etmək olar.

  Söz
 Tərcüməsi
 Sinonim
    Antonim
 Omonim
 gözəl
    красивый
 qəşəng, göyçək, yaraşıqlı
çirkin
 
 kök
  морковь,
  корень,
  толстый
 
 
kök- tərəvəz
kök- nəsil
kök- gombul
    Sarı
      желтый,
      завяжи,
  К (предлог)

bağla,
tərəf, doğru


sarı- rəng,
sarı-fel,
sarı-qoşma

Venn diaqramı. Venn diaqramı nisbətən kəsişən iki və ya daha artıq çevrə üzərində qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə nə isə yazmaq üçün kifayət qədər yer olur. Həmin yerdə fərqli, yaxud ümumi cəhətlər qeyd edilir. Məsələn, şagirdlər IV sinifdə “Mənsubiyyət şəkilçilərini” öyrənirlər və bu mövzunu rus dilində “Личные местоимения в родительном падеже” mövzusu ilə müqayisə etməli olurlar. Bu zaman müəllimin aşağıdakı məzmunda Venn diaqramına müraciət etməsi problemin həllini asanlaşdırır.                            
Metaforik düşünmə. Metaforik düşünmə interaktiv metodlardan biri kimi fikirləşməyə, müqayisələr aparmağa, müəyyən anlayışların oxşar cəhətlərini meydana çıxarmağa imkan verir. Azərbaycan dili fənni üzrə fəndaxili və fənlərarası inteqrasiya imkanlarının reallaşmasına şərait yaradır. Xüsusən dövlət dili kimi Azərbaycan dilinin ana dili ilə müqayisədə mənimsənilməsinin səmərəliliyini artırır.

                   İNSERT. İNSERT üsulundan dərsin dərketmə mərhələsində istifadə olunur. Oxu zamanı şagirdlərin öz qavrayışını yoxlamasına imkan yaradır. Fəal dərketməni inkişaf etdirir. Bu üsuldan istifadə iki mərhələdə həyata keçirilir. Birinci, üzərində əməliyyat aparılacaq mətn, istifadə olunacaq zəruri işarələr ( bu işarələr şagirdlərin yaşına və hazırlıq səviyyəsinə görə müxtəlif ola bilər) müəyyən olunur. İkinci, şagirdlər tapşırığın məzmunu ilə tanış olur və onu yerinə yetirirlər. Məsələn,  

Подпись: ü  Əvvəldən bildiyiniz bir məlumatı təsdiq edən əlavə məlumatlara rast gəlmisinizsə, yoxlama işarəsi  (v) qoyun.

Подпись:  -Oxuduğunuz məlumatlar əvvəllər bildiyinizi rədd edirsə, yaxud ona ziddirsə, mənfi (-) işarəsi qoyun.
Подпись:  +
Müsbət (+) işarəsi o zaman qoyulur ki, rast gəldiyiniz məlumatın bir qismi sizin üçün təzə olsun.
Подпись: ?
Qarışıq, yaxud haqqında əlavə məlumat almaq istədiyiniz məsələ varsa, qarşısına sual (?) işarəsi qoyun.
Məsələn:
 “Aytənin rəfiqəsi Nigar ad günündə ona  nə hədiyyə olunduğunu soruşdu. Aytən bağışlanan hədiyyələri sadaladı: gəlincik, kitab, qələm və pişik.
Nigar təəccübləndi:”Axı pişik nə deyil, kimdir.”
Aytən cavab verdi: “Azərbaycan dilində heyvanlar nə? sualına cavab verir.”
Şagirdlərə izah edilir ki, hər sətrin, yaxud hər fikrin qarşısında işarələr qoymaq lazım deyil.Sadəcə, məlumata ümumi münasibət bildirmək lazımdır.
Rollu oyunlar.  Rollu oyunlar təlim qeyri-dildə olan məktəblərdə Azərbaycan dili tədrisinin səmərəliliyini yüksəldir. Şagirdlərə  özləri və  ətrafdakılar haqqında şifahi məlumat əldə etməyə, danışıq səslərini, sözləri  düzgün tələffüz etməyə imkan verir. İfadəli nitq bacarıqlarının formalaşması və inkişafına təsir göstərir.
Diskussiya. Təlim diskussiyası konkret problem üzrə fikirləri mübadilə etməkdir. Bu metodun köməyi ilə şagirdlər Azərbaycan dili üzrə yeni biliklərə yiyələnir, öz mövqelərini müdafiə edirlər. Təlim diskussiyasının başlıca funksiyası şagirdlərin idraki marağını stimullaşdırmaqdır. O həm də təhsilverici, inkişafetdirici, tərbiyəedici və nəzarətedici-təshihedici kimi köməkçi funksiyaları da yerinə yetirir.
Təlim diskussiyasının səmərəliliyinin mühüm şərtlərindən biri onun həm məzmun, həm də forma cəhətdən əsaslı şəkildə hazırlanmasıdır. Məzmun etibarilə şagirdlər qarşıdakı diskussiya ilə bağlı lazım olan biliklər əldə etməlidirlər. Forma cəhətdən isə şagirdlər biliklərini ifadə etmək qaydalarına hazırlaşmalıdırlar. Onlar müəyyən biliklərə malik olmayanda aparılan diskussiya mənasız və məzmunsuz olur. Şagirdlər öz fikirlərini ifadə etmək bacarığına malik deyilsə, opponentlərini inandıra bilmirsə, onda diskussiya cəlbedici xarakter daşımır.
Diskussiyalar məlum olan materialın məzmununu zənginləşdirməkdə, onu qaydaya salmaqda və möhkəmləndirməkdə şagirdlərə kömək edir. Müəllim  bu üsuldan istifadə etməklə şagirdlərinin biliklərinin möhkəmliyi və dərinliyi haqqında etibarlı məlumat alır.

Şagirdlər diskussiyalarda iştirak etməklə kommunikativ, nitq bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar. 

Комментариев нет:

Отправить комментарий