FƏNLƏR ÜZRƏ MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏ



Картинки по запросу QİYMƏTLƏNDİRMƏFənnlər üzrə məktəbdaxili  qiymətləndirmə Azərbaycan Respublikası Təhsil
nazirinin 2 sentyabr 2013-cü il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş təlimata uyğun olaraq aparılır. Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir.
Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində
təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır. Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir. Onun nəticələri rəsmi sənədlərdə qeyd olunmur, şagird haqqında müvafiq yazılı qeydlər məktəblinin öz portfoliosunda saxlanılır.
Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, onun məqsədi şagirdin təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır.
Müəllim şagirdin fəaliyyətinin nəticəsini “Müəllimin formativ qiymətləndirmə
dəftəri”ndə rum rəqəmləri (I, II, III və IV) ilə, “Məktəbli kitabçası”nda isə sözlərlə yazır. “Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin (qiymətləndirmə səviyyələrinin) məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır. Müəllim yarımillərin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri” əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.
Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Müəllim üçün vəsaitə bölmələr üzrə kiçik summativ qiymətləndirmə nümunələri daxil edilmişdir. Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.


Комментариев нет:

Отправить комментарий