“Elektron təhsil” müsabiqəsinin birinci mərhələsi başa çatıb



Картинки по запросу ELEKTRON MUSABİQETəhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb.
Müsabiqəyə 1313 layihə təqdim olunub. Onlardan 93-ü müsabiqənin şərtlərinə uyğun olmayıb, ümumilikdə isə 1220 layihə qəbul edilib. Layihələrin 744-ü müəllimlər, 438-i şagirdlər, 38-i isə məktəblərin inzibati heyəti tərəfindən göndərilib. Layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları noyabr ayının sonunda elan ediləcəkdir.
Müsabiqə “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və onların fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaqdır. Həmçinin, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını araşdırmaq, müəllim və şagirdləri elektron resurslar yaratmağa, hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.
Müsabiqə “Dr. Web”, “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir.
Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər 6000-dən artıq layihə təqdim olunub.

Комментариев нет:

Отправить комментарий