ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ FƏNDAXİLİ VƏ FƏNLƏRARASI İNTEQRASİYA



Картинки по запросу İNTEQRASİYAFəndaxili inteqrasiya tələbi kurikulumun məzmun xətlərinin mahiyyətindən
irəli gəlir. Belə ki, fənn kurikulumunun məzmun xətləri mahiyyət etibarilə bir-biri ilə sıx əlaqəlidir, biri digərini tamamlayır və inkişaf etdirir.
ndaxili inteqrasiyanın əsas yolu məzmun standartlarının inteqrativ
şəkildə reallaşdırılmasıdır. Belə ki, ədəbiyyat kurikulumunda bütün məzmun xətləri və standartları arasında təbii əlaqə vardır. Aşağıdakı cədvəldə verilən nümunələrdən göründüyü kimi, kurikulumdakı məzmun xətti üzrə bir-birini tamamlayan alt standartların inteqrativ reallaşdırılması imkanları genişdir:

1. Ədəbiyyat və həyat həqiqətləri
2. Şifahi nitq
3. Yazılı nitq
1.1.4. Bədii nümunələrin
(hekayə, povest, roman,
dram, poema) janr xüsusiyyətlərini
müəyyənləşdirir.
1.2.1. Bədii nümunələri
(hekayə, povest, roman,
dram, poema)
növ və janr baxımından
müqayisə edir.
2.1.2. Bədii nümunələrlə bağlı
fikirlərini müqayisələr aparmaqla
şərh edir.
1.1.5. Müxtəlif vəznli (heca,
əruz, sərbəst) şeirlərdə, süjetli
ədəbi nümunələrdə bədii
təsvir və ifadə vasitələrini
(metonimiya, inversiya,
simvol) müəyyənləşdirir.
1.2.3. Bədii nümunələrdə
təsvir və ifadə
vasitələrinin (metonimiya,
inversiya, simvol)
rolunu aydınlaşdırır.
2.1.1. Bədii nümunələrlə bağlı
təqdimat və çıxışlarında müxtəlif
mənbələrdən topladığı materiallara
əsaslanmaqla əsərin ideya-bədii
xüsusiyyətlərini şərh edir.
3.1.2. Müşahidələrinə, əlavə
məlumatlara əsaslanmaqla əsərin
ideya-bədii xüsusiyyətlərinə
münasibət bildirir.

Əsas və alt standartların əlaqəsi təlim prosesində müxtəlif sual və tapşırıqlar vasitəsilə reallaşdırılır. Bundan əlavə, bədii əsərlərin mövzu, ədəbi növ, janr, obrazlar,problem baxımından əlaqələndirilməsi, müqayisə edilməsi məqsədəuyğundur.
Fənlərarası inteqrasiya IX sinifdə tədris olunan müxtəlif fənlər üzrə alt standartların əlaqələndirilməsi, təlim prosesində digər fənlər üzrə qazanılmış müvafiq bilik və bacarıqlara, o cümlədən musiqi, rəssamlıq, heykəltəraşlıq, kino,teatr və s. istinad edilməsi ilə reallaşdırılır. Ədəbiyyat dərslərinin illik planlaşdırılması nümunəsində bu imkanlar daha geniş şəkildə dil fənləri ilə yanaşı, tarix,coğrafiya, biologiya və s. fənlərin nümunəsində şərh edilmişdir.

Комментариев нет:

Отправить комментарий