BİOLOGİYA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI


Картинки по запросу biologiyaMətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlə işin düzgün təşkilimühüm əhəmiyyət kəsb edir. İnformasiyanın tam  mənimsənilməsi üçün şagirdlər oxuduqlarını başa düşməlidirlər. Mətnlə iş üsullarının öyrənilməsi şagirdlərə mətnlə müstəqil
işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla yanaşı, verilən metodlar şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalaşdırır. 6-cı sinif biologiya müəllim üçün metodik vəsaitdə Klaster, INSERT, Ziqzaq və BİBÖ üsulları ətraflı şərh edilmişdir. Mətnlə işin digər üsullarını təklif etmək olar:
Ardıcıl suallar metodu üsulu. Şagirdlərə mətni birgə diqqətlə oxumağa, onu düşünməyə köməklik edir. Şagirdlər növbə ilə lazım olan mətni hissə-hissə ucadan oxuyurlar. Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird onun sualını cavablandırır. Sonra onlar rollarını dəyişirlər. Sual verən şagird oxumağa davam edir, ikinci isə oxunan abzasdan ona sual verir.
Mətndə əsas sözlərin araşdırılması üsulu. Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu asanlıqla bərpa etmək olar. Şagirdlər mətndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçürürlər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açar sözlər məlumatın sonradan açılması üçün seçilir. Seçilmiş dəstək sözlərə əsaslanaraq şagirdlərə mətnin hissəsini danışmaq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabın əsası ola bilər. Açar sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi. Bu metod şagirdlərdə suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar,birlikdə bu abzasdan açar sözləri seçir və onu dəftərə yazırlar. Termin sözlərdən suallar
tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə yazırlar. Şagirdlərdən biri bu sualı
oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa
tərəfinə yazılır. Bu kart-cavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün
istifadə edə bilərlər. Planın və köməkçi sxemlərin tərtib edilməsi. Plan və sxemlər əsas olanı əsas olmayandan ayırmağa, mətnin əsas məzmununu müəyyən etməyə, hissələrin qarşılıqlı əlaqələrini
araşdırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdirilməsinə gətirib
çıxarır. Plan – mətnin struktur-məzmun təşkilini (mikro-mövzuların ardıcıllığını, onların qarşılıqlı
əlaqələrini) əks etdirən xüsusi bir sxemdir. Mətnə əsasən cədvəlin doldurulması. Cədvəllər mətnin əsas ideyasını aşkar etməyə imkan verir. Mətnlə işləyən zaman bir neçə növ cədvəldən istifadə oluna bilər: sadalanan obyektlərin, anlayışların, təriflərin cədvəlin müvafiq sütunlarına yerləşdirilməsi, müqayisə olunan obyektlərdə (qruplarda) müəyyən əlamətlərin olub-olmaması, göstərilən alqoritmlə
qismən doldurulmuş cədvəli bitirmək və s. Bu və ya digər proseslər haqqında məlumatlar
olan mətnlə işlədikdə işin gedişi boyunca "Nə? Harada? Nə zaman? Hansı səbəbdən?"
cədvəlini doldurmaq olar.

Комментариев нет:

Отправить комментарий