Mentor üçün vacib olan bilik və bacarıqlar





Fəaliyyətində uğur qazanan mentor aşağıdakı bilik, bacarıq və keyfiyyətlərə malik olmalıdır:

 Fəal dinləmə bacarığı və empatiya hissi

 Peşəkar bilik və bacarıqlara malik

 Problemləri həll etmək əzmi və bacarığı

 Mentor üçün vacib olan ünsiyyət bacarıqlarına malik

 Çevik düşüncə tərzinə malik

 Əməkdaşlıq etmək bacarığı

 Düşündürücü və inkişafyönümlü suallar qoymaq bacarığı

 Reflektiv düşüncə tərzinə malik

 Məqsədyönlü olan

 Səbirli

 Çətinliklərdən qorxmayan

 Pozitiv və dəstəkləyici yanaşma keyfiyyətinə malik

 Həmkarları arasında inam qazanmış

 Sadə və stimulverici olan

 Kurikulum sahəsində təcrübəyə malik

 Hər tərəfli texnologiya bacarıqları olan

 İşini effektiv peşəkar inkişafın real ehtiyaclarına görə qura bilən

 Yüksək idarəetmə bacarıqlarına malik

 Nüfuzlu

Əməkdaşlıq. Əməkdaşlığa dair qaydaların kateqoriyaları

Əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulur.
Görüləcək işlərin əvvəlcədən planlaşdırılması və gözlənilən nəticələrin müəyyənləşdirilməsi əməkdaşlığı daha asan edir. Əməkdaşlıqda aşağıdakı amillər vacibdir:

 Əməkdaşlıqda ilk addım kiminlə işləyəcəyini müəyyən etmək;

 Mentorla müəllim arasında qarşılıqlı qəbul edilmiş qaydalar qəbul etmək;

 Əməkdaşlıq üçün vaxtı düzgün müəyyən etmək;






Комментариев нет:

Отправить комментарий