MENTORLARIN İŞİNİN TƏŞKİLİ






Təhsil islahatları müəllim hazırlığının, pedaqoji kadrların yetişdirilməsi səviyyəsinin, onların peşəkarlığının və bacarıqlarının inkişaf etdirilməsinə təkan verir..
Müəllim hazırlığı mərhələsində pedaqoji peşə üzrə keyfiyyətlərin qazanılması daima diqqət mərkəzində saxlanılır. O cümlədən:

 Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibət nümayiş etdirmək;

 Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi;

 Sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması;

 Peşə və onun tarixinə dair biliklərə malik olmaq;

 Yeniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək;

 Müstəqil, yaradıcı, şüurlu fəaliyyət göstərmək.

Məlum olduğu kimi, təhsil cəmiyyətin həyatında prioritet sahə olmaqla, insanın inkişafında və formalaşmasında mühüm rol oynayır. O yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün lazımdır. Təhsil prosesinin əsas subyekti öyrənəndir. Öyrənən bilik və bacarıqların daşıyıcısı kimi nəzəri biliklər qazanıb inkişaf etməklə yanaşı, bacarıq və vərdişlərə yiyələnməli, aldığı bilikləri təcrübədə, həyatda tətbiq etməyi bacarmalı, bununla da müstəqil fəaliyyətə, peşə seçməyə hazır, bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətli olmalıdır. Öz həyatını müstəqil qurmağı bacarmalıdır.
Şübhə yoxdur ki, öyrənənin inkişafında öyrədənin rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verməklə kifayətlənməməli, təlim prosesinin mərkəzində durmamalı, təhsilalanların şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya üstünlük verməli, təhsilalanları fəallaşdırmalı, təlimi onların maraq və tələbatına uyğun qurmalı, özü məsləhətçi və istiqamətverən rolunda olmalı, təhsilalanların şəxsiyyətinə hörmət etməli, tədris fəaliyyətində humanizm prinsiplərinə əsaslanmalı, "subyekt-subyekt" münasibətlərini rəhbər tutmalıdır. Müəllim yüksək təşkilatçılıq keyfiyyətlərinə, milli zəminə və ümumbəşəri dəyərlərə malik olmalı və bunları öyrənənlərə də aşılamalıdır.
Təhsilin keyfiyyəti səmərəli təhsil və təlim mühitinin yaradılması işindən xeyli asılıdır. Təhsil mühiti təlim mühiti ilə müqayisədə ümumi, mücərrəd, geniş, əhatəli olmaqla öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa həvəsləndirməli, həyatın özü olmalı, öyrənənlər həyatın içində olmalıdır. Təlim mühiti elə olmalıdır ki, təhsilalanlar məktəbdə həyat həqiqətlərini tapa bilmək üçün müstəqil düşünsün, qrup halında, kollektiv şəkildə əməkdaşlıq edə bilsin, qarşılıqlı hörmət və ünsiyyət şəraitində irəli sürülmüş problemləri həll edə bilsinlər. Düzgün təhsil və təlim mühiti şəraitində məktəb bütün diqqətini təhsilalanların hərtərəfli inkişafına, onların maraq və ehtiyaclarının təmin olunmasına istiqamətləndirməlidir. Belə olduqda, təhsilin məqsədi təhsilalanlara biliklərin yalnız nəzəri cəhətdən deyil, praktikaya əsaslanmaqla, inkişafetdirici xarakterdə verilməsini təmin edə bilər.
Təlimin təşkilində mənimsəməni təmin edən mühitin yaranması da mühüm əhəmiyyət kəsb edir. Şagirdlər alternativ versiyalardan birini seçməyə yönəldilməklə, problemin həllinə əsaslanan
Mentorlar üçün metodik vəsait 2015 30
və ona imkan verən layihələrə cəlb edilməklə praktik məsələlərdən nəzəri prinsiplərə doğru yönəldilir. Bu zaman müəllim təhsilalanları problemin həllinə istiqamətləndirir, onlara məsləhətlər verir, təlimi dərsliklərin müəyyən etdiyi biliklərə deyil, öyrənənlərin maraqlarına yönəldir. Nəticə etibarilə təlim prosesində layihələr üsuluna üstünlük verilməklə, öyrənənlərin diqqəti problemlərin müstəqil həllinə yönəldilməlidir.
Məktəbdə ayrı-ayrı fənlərin məzmunu kurikulumlarla müəyyənləşir. Fənn kurikulumları nəticəyönümlü, öyrənənyönümlü, kompetensiya yönümlü olmaqla ona xidmət etməlidir ki, təhsilalanlar hər hansı bir fənnin tədrisi prosesində problemləri həll edərkən səmərəli yol və vasitələr seçə bilsinlər. Bu yolda əldə etdikləri bilikləri tətbiq edə və bacarıqlara çevirə bilsinlər.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, təhsil və təlim prosesinin təşkilində müxtəlif fəlsəfi yanaşmalar mövcuddur.

Комментариев нет:

Отправить комментарий