FƏAL DƏRS NÜMUNƏSİ

FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ



 1. MOTİVASİYA
• Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
• Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
 • Motivasiya - Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.
 • Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir. Motivasiyanın yaradılmasına təsir edən amillər
• Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
 • Materialın təqdim olunma üsulları və formaları;
 • Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
• Yaradıcılıq imkanı;
• Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə);
• Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.
2. TƏDQİQATIN APARILMASI
• Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır.
 • Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.
 • Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır.
• Tədqiqatın aparılması üzrə metodların seçiminə,
• İşin qrup şəklində və digər formada təşkili və aparılmasına,
 • Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə,
• İş vərəqlərinin hazırlanmasına.
 3. MƏLUMAT (İnformasiya) MÜBADİLƏSİ
• Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.
 • Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını birbirinin təqdimatını fəal dinləməyə sövq edir.
• Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır.
 • Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.
4. MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ 
• Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.
 • Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onlarınsistemləşdirilmə-sinə yönəldilir.
• Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.
5. NƏTİCƏLƏRİN ÇIXARILMASI
• Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır
• Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.
• Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.
 6. YARADICI TƏTBİQETMƏ
• Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
• Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
• Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.
 7. EV TAPŞIRIQLARI 
• Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır
• Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar, modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;
• Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;
• Şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.
8. QİYMƏTLƏNDİRMƏ
• Qiymətləndirmə - istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.
9. REFLEKSİYA 
Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.









Комментариев нет:

Отправить комментарий