Diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin direktor və direktor müavinlərinin maaşları təadiqləndi . Maaş  1 nömrəli əlavəyə Azərbaycan respublikası Nazirlər Kabinetinin 2016 - cı il 11 iyul tarixli 270 nömrəli qərarına əsasən təsdiq edilmişdir.

1 nömrəli əlavə

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında

11.07.2016
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 270
Bakı şəhəri, 11 iyul 2016-cı il
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" 2016-cı il 17 mart tarixli 1911 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr" təsdiq edilsin (3 nömrəli əlavə).
4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilsin.
5. Bu qərar 2016-cı il 1 aprel tarixindən qüvvəyə minir.
 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1 nömrəli əlavə
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi

Təhsili
Bir stavka dərs yükü 18 saat olmaqla,
aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda
pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda
pedaqoji staj 18 ildən çox olduqda
Ali təhsilli
350
375
395
420
450
Orta ixtisas təhsilli
320
335
350
370
385

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmişdir.
2 nömrəli əlavə

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi
Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər
Aylıq
vəzifə
maaşı
(manatla)
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər
230
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər
240
Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər
250
Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan
265

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmişdir.
3 nömrəli əlavə

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr

Sinif rəhbər-liyinə görə (manatla)
Ümumtəhsil internat məktəblərində, lisey və gimnaziyalarda (o cümlədən, ümumi təhsil müəssisələri-nin lisey siniflərində) tədris edilən dərs saatına görə (faizlə)
Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlərə; Azərbaycan Respublikası-nın fəxri adlarına layiq görülmüş şəxslərə; ümumi təhsil müəssisə-lərində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinə (manatla)
Bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılmasına görə*(manatla)
siniflərin sayı 10-dan 19-a qədər olduqda
sinif-lərin sayı 20-dən 29-a qədər olduq-da
sinif-lərin sayı 30 və daha çox olduq-da
40
15
45
55
110
165

 *Ümumi təhsil müəssisələrində bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlər iki və daha çox müəllim tərəfindən aparıldıqda, əlavənin məbləği iş həcmindən asılı olaraq onlar arasında bölünür.

Комментариев нет:

Отправить комментарий