Azərbaycan dili (V-IX siniflər)

Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri  üçün  Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (V-IX siniflər)

1. Azərbaycan dili fənni üzrə ümumi təlim nəticələri

Ümumi  orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird: 
•dinlədiyi fikrə münasibət bildirməklə mövqeyini əsaslandırır; 
•mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir;
•dil vahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurur, onları təkmilləşdirir;
•müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir;
•şifahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

2. Məzmun xətləri üzrə təlim nəticələri

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Dinləyib-anlama və danışma
Şagird:
•danışanın fikrinə münasibət bildirir;
•dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif tipli və formalı mətnlər qurur;
•fikrini inandırıcı etmək üçün fakt və hadisələrdən istifadə edir;
•nitqini uyğun səs tonu, intonasiya, ritm, jest və mimikalarla tənzimləyir.

Oxu
Şagird: 
•tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;
•verilmiş mətni düzgün və ifadəli oxuyur;
•mətnin hissələrini (giriş, əsas hissə, nəticə), abzasları, cümlələri, onlar arasında bağlama vasitələrini müəyyən edir; 
•oxuduğu mətni məzmununa görə təhlil edir. 

Yazı
Şagird:
•mənbələrdən istifadə etməklə irəli sürülmüş problemlə bağlı müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, hekayə, esse) rabitəli mətnlər qurur;  
•ilkin əlyazma (qaralama) üzərində işləməklə onu təkmilləşdirir;  
•əməli yazılar (ərizə, tərcü¬meyi-hal, elan, məktub, teleqram, iza¬hat, arayış, proto¬kol, hesabat, akt) yazır.

Dil qaydaları
Şagird:  
•zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, bir-birindən fərqləndirir, mülahizələrini əsaslandırır və təqdim edir. 
•sözləri leksik, qrammatik mənalarına görə izah edir, müxtəlif sintaktik vəzifələrdə işlədir;   
•cümlələrdə durğu işarəsi qaydalarından istifadə edir; 
•müxtəlif dil vahidlərinin yazılış qaydalarına əməl edir. 

3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları

V sinif

V sinfin sonunda şagird: 
•dinlədiyi məlumatlarda əsas fakt və hadisələri müəyyənləşdirir;
•fikrini fakt və nümunələrlə əsaslandırır;
•lüğətdən istifadə etməklə tanış olmayan sözlərin mənasını müəyyənləşdirir;
•mətni tələffüz qaydalarına uyğun oxuyur; 
•mətndəki  əsas fikri müəyyənləşdirir; 
•mövzu ilə bağlı topladığı materialları ümumiləşdirir;
•mətnin tərkib hissələrini fərqləndirir;
•müxtəlif əməli yazılar (elan, məktub) yazır; 
•cümlənin məqsəd və intonasiyaya görə növləri, sözün səs tərkibi, semantikası, tərkibi, yaranma üsulları və qrammatik mənasına (ad, əlamət, hərəkət bildirməsi) aid xüsusiyyətləri mənimsədiyini nümayiş etdirir;
•sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir, cümlənin sonunda və dialoqlarda durğu işarələrini tətbiq edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.
1.1.2. Dinlədiyi məlumatlardakı əsas faktları seçir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə  əsaslandırır.
1.2.3. Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.
1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir. 

2. Oxu
Şagird: 
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
2.1.2. Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir. 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.
2.2.2. Mətnin tərkib hissələrini fərqləndirir.
2.2.3. Mətndəki əsas fikri müəyyənləşdirir. 

3. Yazı
Şagird: 
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Müxtəlif yazı formalarını (ifadə, inşa, esse, hekayə) fərqləndirir.
3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.
3.1.3. Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.
3.1.4. Müxtəlif əməli yazılar (elan, məktub) yazır.

4. Dil qaydaları
Şagird: 
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir. 
4.1.1. Cümləni məqsəd və  intonasiyaya görə növlərinə ayırır.
4.1.2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir. 
4.1.3. Cümlənin sonunda və  dialoqlarda durğu işarələrindən məqsədyönlü istifadə edir.
4.1.4. Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir. 



VI sinif

VI sinfin sonunda şagird: 
•dinlədiyi məlumatları ümumiləşdirir; 
•problemlə bağlı mülahizələrini bildirir; 
•mətndəki tanış olmayan sözlərin mənasını şərh edir; 
•fikir və mülahizələrə münasibət bildirir; 
•müxtəlif yazı tiplərini (nəqli, təsviri, mühakimə) fərqləndirir; 
•müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır; 
•sözün qrammatik mənasını, cümlənin qrammatik əsasını müəyyənləşdirir; 
•müvafiq durğu işarələrindən düzgün istifadə edir və əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin təqdimetmə formasını müəyyənləşdirir.
1.2.2. Dinləyən şəxsin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.
1.2.3. Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.
1.2.4. Problemlə bağlı  mülahizələrini söyləyir.

2. Oxu
Şagird: 
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.
2.1.2. Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir.  
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır.
2.2.2. Mətni tərkib hissələrinə ayırır.
2.2.3. Mətndəki fikir və mülahizələrə münasibət bildirir.

3. Yazı
Şagird: 
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Müxtəlif yazı tiplərini fərqləndirir.
3.1.2. Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.
3.1.3. Mətnin hissələrini, abzaslarını əlaqələndirir. 
3.1.4. Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır.

4. Dil qaydaları
Şagird: 
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümlənin qrammatik əsasını müəyyənləşdirir.
4.1.2. Sözün qrammatik mənasını kontekstə uyğun izah edir. 
4.1.3. O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.
4.1.4. Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir. 



VII sinif

VII sinfin sonunda şagird: 
•dinlədiyi fikirlərə münasibət bildirir; 
•mətndəki tanış olmayan sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir;
•səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur; 
•fikir və mülahizələrini əsaslandırır; 
•plan əsasında mətnlər yazır; 
•müxtəlif əməli yazılar (teleqram, izahat) yazır; 
•ümumi qrammatik mənasına görə sözləri, quruluşuna görə cümlələri fərqləndirir; 
•nitq hissələrinin yazılışı və durğu işarələrindən istifadə qaydalarına əməl edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird: 
1.1. Dinlədiyi fikri an¬ladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi məlumatda ton, əhvali-ruhiyyə və emosiyanı müəyyən edir.
1.1.2. Dinlədiyi fikrin inan¬¬dırıcı və əsaslandırılmış olub-olmamasını müəyyənləşdirir.
1.2. Şifahi nitq baca¬rıqları nümayiş etdirir.
1.2.1. Fikrini müxtəlif formalarda ifadə edir.
1.2.2. Fikrini mənti¬qi ardıcıllıqla ifadə edir.
1.2.3. Nitqində müxtəlif səs çalarlarından istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif fikirlərə münasibət bildirir.

2. Oxu
Şagird: 
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir.
2.1.2. Mətndəki sözlərin həqiqi və ya məcazi mənada işləndiyini izah edir. 
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur. 
2.2.2. Mətnin tərkib hissələri arasındakı əlaqəni müəyyənləşdirir.
2.2.3. Mətndəki fikrə münasibətini əlavə fakt və məlumatlarla əsaslan¬dırır.

3. Yazı
Şagird: 
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı formalarında (ifadə, inşa, esse, hekayə) ifadə edir.
3.1.2. Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir. 
3.1.3. Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir.
3.1.4. Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.

4. Dil qaydaları
Şagird: 
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Cümlələri quruluşuna görə fərqləndirir.
4.1.2. Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir.
4.1.3. Köməkçi nitq hissələrinin işlənmə məqamından asılı olaraq  durğu işarələrindən istifadə edir.
4.1.4. Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.



VIII sinif

VIII sinfin sonunda şagird: 
•dinlədiyi fikrin məntiqiliyini əsaslandırır;
•müxtəlif mövqeli fikirləri ümumiləşdirir;
•mətndəki tanış olmayan söz və ifadələrin mənasını şərh edir;
•hissələri arasında əlaqələri gözləməklə mətni oxuyur; 
•mətndəki fakt və hadisələri real həyatla müqayisə edir və əlaqələndirir;
•müxtəlif tipli (nəqli, təsviri, mühakimə) yazılar yazır;
•müxtəlif əməli yazılar (arayış, protokol) yazır;
•sözün sintaktik vəzifəsini və sadə cümlənin növünü müəyyənləşdirir;
•cümlədə durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir və mülahizələrini dəqiqləşdirir.
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.
1.2.2. Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.
1.2.3. Nitq etiketlərindən məqamında istifadə edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri ümumiləşdirir.

2. Oxu
Şagird: 
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla  şərh edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunə¬lərlə şərh edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətni oxuyur.
2.2.2. Mətnin hissələri arasında əlaqəni şərh edir.
2.2.3. Mətndəki fakt və ha¬disələri real həyatla müqayisə edir və əlaqələndirir.

3. Yazı
Şagird: 
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.
3.1.2. Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir. 
3.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.

4. Dil qaydaları
Şagird: 
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Sadə cümlənin növlərini fərqləndirir.
4.1.2. Söz və söz birləşmələrinin sintaktik vəzifəsini müəyyən edir.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən istifadə edir.
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir. 



IX sinif

IX sinfin sonunda şagird: 
•dinlədiyi fikirlərə münasibət bildirir və onları ümumiləşdirilmiş şəkildə təqdim edir;
•tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;
•mətni müvafiq intonasiya ilə oxuyur; 
•irəli sürülmüş əsas fikirləri dəyərləndirir;
•müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) yazılar yazır, təkmilləşdirir;
•müxtəlif əməli yazılar (hesabat, akt) yazır;
•sözləri müxtəlif sintaktik vəzifələrdə işlədir, mürəkkəb cümlənin növlərini müəyyənləşdirir;
•mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir; 
•orfoqrafiya və düzgün yazı qaydalarına əməl edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama və danışma
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqiqat xarakterli suallar verir. 
1.1.2. Dinlədiyi fikirlərə münasibət bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş etdirir.
1.2.1. Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı mətnlər qurur.
1.2.2. Müxtəlif tipli  rabitəli nitq nümunələri qurur.
1.2.3. Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə ifadə tərzini (poza, jest, mimika) uzlaşdırır.
1.2.4. Ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.

2. Oxu
Şagird: 
2.1. Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.
2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.
2.1.2. Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə uyğun dəqiqləşdirməklə şərh edir.
2.2. Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.
2.2.1. Mətni düzgün  intonasiya ilə oxuyur.
2.2.2. Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir. 
2.2.3. Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.

3. Yazı
Şagird: 
3.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
3.1.1. Verilmiş mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı  (inşa, esse, hekayə) mətnlər yazır. 
3.1.2. Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqələndirərək əsaslandırır. 
3.1.3. Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə özünün və başqasının yazısını təkmilləşdirir. 
3.1.4. Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.

4. Dil qaydaları
Şagird: 
4.1. Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
4.1.1. Mürəkkəb cümlənin növlərini fərqləndirir. 
4.1.2. Sözlərin və söz birləşmələrini müxtəlif sintaktik vəzifələrdə işlədir.
4.1.3. Mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir.
4.1.4. Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə yazılış qaydalarına əməl edir. 
  
Copyright © Azərbaycan Respublikası Təhsil Nazirliyi, Kurikulum Portalı, 2009-2015. Bütün hüquqları qorunur.
Materiallardan istifadə zamanı Kurikulum.az portalına istinad zəruridir. Vebmaster: Almaz Həsrət














Комментариев нет:

Отправить комментарий