·
Düşünməyə
yönəltmə mərhələsi
·
Dərketmə
mərhələsi
·
Düşünmə
mərhələsi
Düşünməyə yönəltmə mərhələsi
Bu mərhələdə
şagirdlər öyrəndikləri bilikləri təhlil etməyə və araşdıracaqları mövzu ətrafında
düşünməyə sövq edilir. Şagird ilk olaraq mövzu ilə əlaqədar biliklərinin səviyyəsini müəyyənləşdirir və bəzi
hallarda bunlara yeni əlavələr edir.
Dərketmə mərhələsi. Bu
mərhələdə şagirdlər yeni informasiya və ideyalarla təmasda olurlar. Əsas məsələ
ondan ibarətdir ki, əvvəlki mərhələdə yaranmış fəallıq və maraq inkişaf
etdirilir, şagirdlər yeni anlayışları müəyyən
edib mənimsəmək üçün keçmiş və yeni
biliklər arasında əlaqə
yaradırlar.
Düşünmə
mərhələsi. Bu mərhələdə şagirdlər yeni qazandıqları
bilikləri möhkəmləndirməklə yanaşı, bir neçə mühüm məqsədə nail olmaq istiqamətində
də fəaliyyət göstərirlər. Birincisi, şagirdlər yeni ideya və informasiyaları öz
sözləri ilə ifadə etməyə çalışırlar. İkincisi, şagirdlər arasında canlı fikir
mübadiləsi yaranır, onlar öz ekspressiv (təsirli) söz ehtiyatını genişləndirməyə,
həmçinin digər şagirdlərin təsəvvürləri ilə tanış olmağa imkan tapırlar.
Azərbaycan dili təlimində şagirdlərin
fəallığını, dərslərin maraqlı və məzmunlu olmasını qeyri-standart dərs
formalarından (dərs-müzakirə, dərs-ekskursiya, dərs-oyun, dərs-seminar, dərs-səyahət,
dərs-iclas və s.) istifadə yolu ilə təmin etmək mümkün olur. Bu dərslərdə müəllim
və şagirdlərin fəaliyyəti qoyulmuş problemlərin həllinə yönəlir, sinifdə canlı
və münbit təlim şəraiti yaranır. Belə dərslər, əsasən, motivasiya, problemin həlli,
təqdim etmə, qiymətləndirmə mərhələlərindən ibarət təşkil olunur.
Qeyri-standart dərs formalarından
istifadə aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyətli hesab edilir:
·
fəallığı stimullaşdırır;
·
biliklərin müstəqil əldə edilməsinə
və onların yaradıcı tətbiqinə şərait yaradır;
·
problemin həllinə müstəqil və
yaradıcı yanaşmağa geniş imkanlar açır;
·
idraki müstəqilliyi təmin edir;
·
şagirdlərdə əməkdaşlıq bacarığını
gücləndirir.
Təlim qeyri-dildə olan məktəblərdə
Azərbaycan dili dərsləri bir çox
hallarda qruplarla iş formasında
aparılır. Bu zaman aşağıdakı
qaydalara istinad etmək tövsiyə olunur:
·
Qrup üzvlərinin vəzifələrini və
qrupun liderini düzgün müəyyənləşdirmək.
·
Birgə fəaliyyəti təmin etmək.
·
Bir-birinin fikrinə hörmətlə
yanaşılması və müstəqil fikrlər söylənməsi üçün
imkan yaratmaq.
·
Mübahisəyə yol vermədən, sağlam rəqabət
aparmaq.
·
Problemin həllində kompromis
yollar axtarmaq.
·
Qrupun fəallığını təmin etmək.
Azərbaycan dili təlimində
kollektiv iş, cütlərlə iş, fərdlərlə iş formalarından da istifadə olunması məqsədəmüvafiq hesab edilir.
Azərbaycan təlimi prosesində
aşağıdakı interaktiv metodlardan istifadə olunması faydalı bilinir:
·
Şaxələndirmə
·
Beşliklər
·
Konseptual cədvəl
·
Venn diaqramı
·
Metaforik düşünmə
·
İNSERT
·
Rollu oyunlar
·
Diskussiya
Bundan əlavə, kollektiv iş, cütlərlə
iş, fərdlərlə iş formalarından istifadə olunması da məqsədəmüvafiq hesab
edilir.
Şaxələndirmə.
Şaxələndirmə şagirdləri mövzu ilə bağlı sərbəst
düşünməyə, axtarış aparmağa sövq edir. Onların
idraki fəallığına imkan yaradır. Bu üsuldan həmçinin öyrənilənləri
yekunlaşdırmaq, yeni assosiasiyaların meydana gəlməsini stimullaşdırmaq və ya
yeni təsəvvürlərin qrafik təsvirini vermək üçün də istifadə olunur.
Şaxələnmə üsulundan istifadə
zamanı aşağıdakı tələblər gözlənilir.
·
Əsas sözün və ya ifadənin kağızın,
lövhənin və ya başqa müstəvinin ortasında yazılması.
·
Seçilmiş mövzu ilə bağlı yada düşən
söz və ya ifadələrin yazılması.
·
Söz və ifadələr yazıldıqca onların
arasında əlaqələrin xətlərlə ifadə olunması.
·
Verilmiş vaxt bitənə qədər mümkün
qədər daha çox söz və ifadələrin
yazılması.
Beşliklər.
Beşliklər ən mütəhərrik təlim üsullarından hesab edilir. Ondan istifadə
olunması Azərbaycan dilinin nitq vahidləri ilə yaxından tanış olmağa imkan
yaradır. Şagirdlərin dil öyrənməyə marağını gücləndirir.
Beşliklərdən istifadə zamanı
verilmiş tapşırığı beş sətirdə icra etmək tələb olunur. Tələb aşağıdakı şərtlərə
əsasən yerinə yetirilir.
1. İlk
sətir mövzunun bir sözlə ifadəsidir.
2. İkinci
sətir mövzunun iki sözlü təsviridir.
3. Üçüncü
sətir üç sözlə mövzu dairəsində hərəkəti ifadə edir.
4. Dördüncü
sətir mövzuya olan münasibəti göstərən dörd sözlü ifadədir.
5. Axırıncı
sətir isə mövzunun mahiyyətini ifadə edən bir sözdən ibarət sinonimdir.
Nümunə:
çiçək
ətirli,
qəşəng
sevilən,
əzizlənən, bəzəyən
aləmə
gözəllik bəxş edən
gül
Konseptual
cədvəl. Konseptual cədvəldən istifadə zamanı üç və ya daha
çox məsələ, yaxud cəhətin müqayisəsi nəzərdə tutulur. Cədvəlin sütunlarında
müqayisə ediləcək obyektlər, sətirlərində isə onların müqayisə olunacaq
xüsusiyyətləri və özəllikləri yerləşdirilir. Nitq inkişafı üzrə dərslərdə bu
metoda çox müraciət olunur. Müxtəlif növ yazı işlərinin ( ifadə, inşa və s.)
aparılması zamanı ondan istifadə edilir. Məsələn, “Mağazada” mövzüsunda nitq
inkişafı üzrə dərs zamanı aşağıdakı cədvəldən istifadə etmək olar.
Söz
|
Tərcüməsi
|
Sinonim
|
Antonim
|
Omonim
|
gözəl
|
красивый
|
qəşəng, göyçək, yaraşıqlı
|
çirkin
|
|
kök
|
морковь,
корень,
толстый
|
|
|
kök- tərəvəz
kök- nəsil
kök- gombul
|
Sarı
|
желтый,
завяжи,
К (предлог)
|
bağla,
tərəf,
doğru
|
aç
|
sarı- rəng,
sarı-fel,
sarı-qoşma
|
Venn
diaqramı. Venn diaqramı nisbətən kəsişən iki və ya daha
artıq çevrə üzərində qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə nə isə yazmaq
üçün kifayət qədər yer olur. Həmin yerdə fərqli, yaxud ümumi cəhətlər qeyd
edilir. Məsələn, şagirdlər IV sinifdə “Mənsubiyyət şəkilçilərini” öyrənirlər və
bu mövzunu rus dilində “Личные местоимения в родительном падеже” mövzusu ilə
müqayisə etməli olurlar. Bu zaman müəllimin aşağıdakı məzmunda Venn diaqramına
müraciət etməsi problemin həllini asanlaşdırır.
Metaforik
düşünmə. Metaforik düşünmə interaktiv metodlardan biri
kimi fikirləşməyə, müqayisələr aparmağa, müəyyən anlayışların oxşar cəhətlərini
meydana çıxarmağa imkan verir. Azərbaycan dili fənni üzrə fəndaxili və fənlərarası
inteqrasiya imkanlarının reallaşmasına şərait yaradır. Xüsusən dövlət dili kimi
Azərbaycan dilinin ana dili ilə müqayisədə mənimsənilməsinin səmərəliliyini
artırır.
İNSERT. İNSERT üsulundan dərsin dərketmə mərhələsində istifadə
olunur. Oxu zamanı şagirdlərin öz qavrayışını yoxlamasına imkan yaradır. Fəal dərketməni
inkişaf etdirir. Bu üsuldan istifadə iki mərhələdə həyata keçirilir. Birinci,
üzərində əməliyyat aparılacaq mətn, istifadə olunacaq zəruri işarələr ( bu işarələr
şagirdlərin yaşına və hazırlıq səviyyəsinə görə müxtəlif ola bilər) müəyyən
olunur. İkinci, şagirdlər tapşırığın məzmunu ilə tanış olur və onu yerinə
yetirirlər. Məsələn,



Müsbət (+) işarəsi o zaman qoyulur ki, rast gəldiyiniz
məlumatın bir qismi sizin üçün təzə olsun.

Qarışıq, yaxud haqqında əlavə məlumat almaq istədiyiniz
məsələ varsa, qarşısına sual (?) işarəsi qoyun.
Məsələn:
“Aytənin rəfiqəsi Nigar ad günündə ona nə hədiyyə olunduğunu soruşdu. Aytən
bağışlanan hədiyyələri sadaladı: gəlincik, kitab, qələm və pişik.
Nigar
təəccübləndi:”Axı pişik nə deyil, kimdir.”
Aytən
cavab verdi: “Azərbaycan dilində heyvanlar nə? sualına cavab verir.”
Şagirdlərə
izah edilir ki, hər sətrin, yaxud hər fikrin qarşısında işarələr qoymaq lazım
deyil.Sadəcə, məlumata ümumi münasibət bildirmək lazımdır.
Rollu
oyunlar. Rollu
oyunlar təlim qeyri-dildə olan məktəblərdə Azərbaycan dili tədrisinin səmərəliliyini
yüksəldir. Şagirdlərə özləri və ətrafdakılar haqqında şifahi məlumat əldə etməyə,
danışıq səslərini, sözləri düzgün tələffüz
etməyə imkan verir. İfadəli nitq bacarıqlarının formalaşması və inkişafına təsir
göstərir.
Diskussiya.
Təlim diskussiyası konkret problem üzrə fikirləri
mübadilə etməkdir. Bu metodun köməyi ilə şagirdlər Azərbaycan dili üzrə yeni
biliklərə yiyələnir, öz mövqelərini müdafiə edirlər. Təlim diskussiyasının
başlıca funksiyası şagirdlərin idraki marağını stimullaşdırmaqdır. O həm də təhsilverici,
inkişafetdirici, tərbiyəedici və nəzarətedici-təshihedici kimi köməkçi funksiyaları
da yerinə yetirir.
Təlim diskussiyasının səmərəliliyinin
mühüm şərtlərindən biri onun həm məzmun, həm də forma cəhətdən əsaslı şəkildə
hazırlanmasıdır. Məzmun etibarilə şagirdlər qarşıdakı diskussiya ilə bağlı
lazım olan biliklər əldə etməlidirlər. Forma cəhətdən isə şagirdlər biliklərini
ifadə etmək qaydalarına hazırlaşmalıdırlar. Onlar müəyyən biliklərə malik
olmayanda aparılan diskussiya mənasız və məzmunsuz olur. Şagirdlər öz fikirlərini
ifadə etmək bacarığına malik deyilsə, opponentlərini inandıra bilmirsə, onda
diskussiya cəlbedici xarakter daşımır.
Diskussiyalar məlum olan
materialın məzmununu zənginləşdirməkdə, onu qaydaya salmaqda və möhkəmləndirməkdə
şagirdlərə kömək edir. Müəllim bu
üsuldan istifadə etməklə şagirdlərinin biliklərinin möhkəmliyi və dərinliyi
haqqında etibarlı məlumat alır.
Şagirdlər
diskussiyalarda iştirak etməklə kommunikativ, nitq bacarıqlarını inkişaf etdirmək
imkanı qazanırlar.
Комментариев нет:
Отправить комментарий