Показаны сообщения с ярлыком İKT. Показать все сообщения
Показаны сообщения с ярлыком İKT. Показать все сообщения

İNFORMASİYA ÖLÇÜ VAHİDİ

Картинки по запросу İNFORMASİYA OLÇU VAHİDLERİ


DÜNYANIN ƏN YÜNGÜL NOUTBUKU

FujitsuYaponiyanın “Fujitsu” şirkəti çəkisi 777 qram olan “Lifebook UH75/B1” yığcam noutbukunu təqdim edib. İstehsalçının iddiasına görə, bu, dünyada ən yüngül 13.3 düymlük noutbukdur.
Yeni noutbuk 1920x1080 piksel təsvir ölçülü ekran, 2.5 QHs takt tezlikli “Intel Core i5-7200U” prosessoru və “Intel HD Graphics 60” daxili qrafik sürətləndiricisi ilə təchiz edilib.
Məlumata əsasən, qurğu 4 QB əməli yaddaş, 256 QB sərtgövdəli daşıyıcı, “Wi-Fi 802.11ac” və “Bluetooth 4.1” simsiz rabitə modulları, “Gigabit Ethernet” şəbəkə interfeysi, 1 m
eqapiksel matrisli veb kamera və “HDMI” portla təchiz edilə bilər.
Qurğu “Windows 10 Home” əməliyyat sistemi ilə işləyir. Səsli daxiletmə və barmaq izinin tanınması funksiyaları nəzərdə tutulub.
Versiyadan asılı olaraq noutbuk 50 və ya 25 vatt/saat tutumunda olan litium-ion akkumulyatorlarla təchiz edilə bilər ki, bu da müvafiq olaraq 17 və 8.3 saat avtonom iş deməkdir. Aparatın qalınlığı 15.5 mm təşkil edir.
Fujitsu 2017-ci ilin fevralında “Lifebook UH75/B1” noutbukunun satışına başlayacaq. Yapon bazarında noutbukun dəyəri 1672 dollardan başlanacaq.

Kompüter arxasında iş qaydaları


Картинки по запросу komputerBiz hər gün kompüterin və başqa cihazların qarşısında saatlarla vaxt keçiririk - əvvəlcə işdə ekrandakı rəqəm və hərflərə gərgin baxaraq, sonra isə evdə - kimsə sosial şəbəkədə oturur, kimsə onlayn-mağazalara baxır, kimsə sadəcə olaraq, oyun arxasında rahatlamaq istəyir. Günlərin birində artıq hiss edirik ki, gözlərimiz ağrıyır. Bu yaxınlarda hələ ağrımırdı – indi isə ağrıyır. Görmə qabiliyyətimizin itiliyi də zəifləyib. Başımız da daha tez-tez ağrımağa başlayıb.Gəlin birlikdə təhlükəsizlik qaydalrına bu qaydalarına nəzər salaq:

• Əvvəlcə monitorun parlaqlığını və kontrastlığını elə tənzimlə ki, gözlərin çox qıcıqlanmasın. Keyfiyyətli monitor istifadə et, çünki görmə qabiliyyəti birbaşa onun keyfiyyətindən asılıdır. Yeri gəlmişkən, gözlər köhnə monitordan da ağrıyır. Bəlkə, artıq yenisini almağın vaxtı gəlib? 

• Şriftin ölçüsünə diqqət yetir – ölçü elə olmalıdır ki, mətnə gərgin baxmaq lazım olmasın. Mətn rahat və sərbəst oxunmalıdır, ancaq bu, kontrastlığın hesabına olmamalıdır. 

• Ay bala, sənə nə qədər deyim ki, monitora çox yaxınlaşmayasan? Səninlə monitor arasındakı məsafə bir metrə yaxın olmalı, daha dəqiqi 70 sm-dən az olmamalıdır. Həmçinin o, sənin gözlərinin səviyyəsindən aşağıda yerləşməlidir. 

• Kompüter arxasında işləyərkən gözlərini daha gec-gec qırpırsan, bu da göz səthinin qurumasına səbəb olur. Bu an elə hiss yaranır, sanki gözlərin qumla doludur, onlar ağrıyır və döyünür. Gözlərin normal nəmliyini bərpa etmək üçün onları tez-tez qırpmağı unutma, həmçinin təbii göz yaşı tərkibli xüsusi damcılardan istifadə et. 

• Sənin görmə qabiliyyətin ona görə zəifləyir ki, monitordakı təsvir adi obyektlərdən fərqli olaraq, daha çox işıqlanır. Daimi gərginliyin ikinci səbəbi isə baxışın uzun müddət ərzində eyni vəziyyətdə fiksasiyasıdır. Bəzi əzələlər hədsiz çox gərilir, digərləri isə tamamilə tonuslarını itirirlər. Ona görə də, hər yarım saatdan bir diqqətini yayındır və uzaqlara bax – belə adi gimnastika görmə qabiliyyətini qorumağa kömək edəcək. 

• Əgər sənin gözlərin kompüterə görə daima ağrıyırsa, həkimə get. Bəlkə, sənə kompüter filtrli eynək lazımdır. Onlar çox rahatdır və dəfələrlə, həm də yalnız işdə kompüter arxasında deyil, evdə televizora baxdığın zaman da gözlərin yüklənməsini azaldırlar. 

• Vaxtaşırı gözlərinə tam istirahət ver: kompüteri bazar günləri qoşma, işdən gələndə isə özünə başqa əyləncə tap.