Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
Əmrdə qeyd edilib ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-dən başlayıb iyunun 14-də başa çatır.
Dərs ili iki yarımilə bölünür:
birinci yarımil - 15 sentyabr - 26 yanvar;
ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar).
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).
Комментариев нет:
Отправить комментарий